Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi - video+fotolar

Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi -  video+fotolar
16892 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir İsveçrədə yaşayan “Miss millenium” gözəli Validə Abbasova sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, şəkildə dünyanın tanınmış italyan milyonçusu və rəqqası Canluka Vakki də yer alıb. Onlar birlikdə İsveçrənin Qştaad şəhərində yerləşən dağətəyi istirahət mərkəzlərindən birində Yeni ili qeyd edib və qış tətilini keçiriblər.

Keçmiş modellə yanaşı partidə qızı Kamillada yer alıb. Canluka Vakki isə partiyə sevgilisi Corci Qabrielle birlikdə gəlib. Onlar səhərə qədər rəqs edib, əyləniblər.

Qeyd edək ki, C.Vakki “SEA Societa Europea Autocaravan SPA” şirkətinə sahiblik edir və “Fin Vacchi Finanziaria Vacchi” şirkətinin rəhbər işçilərindəndir. Vakki səyahəti sevir. Dünyanı gəzən milyonçi yaxtadakı rəqsləri ilə də məşhurdur.