Kanal D-dən Acun İlıcalıya qadağa

Kanal D-dən Acun İlıcalıya qadağa
10847 dəfə oxunub
  • A-
  • A
  • A+

TV8-in sahibi Acun İlıcalıya Kanal D-də qadağa qoyulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Acunla "Hürriyet Maqazin" arasında uzun zamandır davam edən münaqişənin nəticəsində "Kanal D Maqazin" məşhur aparıcı ilə bağlı hər bir görüntüyə qadağa qoyub.

Xatırladaq ki, "Hürriyet Maqazin"də uzun müddətdir sərt tənqid olunan Acun TV8-in görüntülərinin Kanal D tərəfindən alınmasını qadağan etmişdi. Bundan sonra telekanal analoji olaraq Acun və onun telekanalının hər hansı görüntülərinin efirdə verilməsini dayandırıb.

Qeyd edək ki, "Hürriyet Maqazin" və "Kanal D" "Doğan Yayım Holdinq"ə aiddir.