Keçmiş nişanlısı Nazı döydü

Keçmiş nişanlısı Nazı döydü
44404 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Tolla” verilişinə qatılan azərbaycanlı gəlin namizəd Naz Mila ilə bağlı qalmaqal yaranıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı model Əli Əkbər Naza namizəd olaraq verilişə qatılıb və cütlük münasibətə başlayıb. Nazın bundan əvvəl proqramda nişanlandığı Baha adlı gənc onların bu münasibətinə aqresiv reaksiya göstərib. Ötən gün isə verilişdən çıxıb avtomobilinə minməyə çalışan Naza Baha mane olub və onu döyüb.

Baha onu sakitləşdirməyə çalışan cangüdənlərə də hücum edib. Verilişdə namizəd olan və Bahaya köməyə gələn iştirakçılarla cangüdənlər arasında dava qalxıb. Hər iki tərəf bir-birindən polisə şikayət edib.