Hande sevgilisinin başına stəkan atdı - iddia

Hande sevgilisinin başına stəkan atdı - iddia
4249 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl sevgili olduqları üzə çıxan aktrisa Hande Doğandemir və aktyor Mert Fırat arasında problem yaranıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən bir məkanda dostları ilə əylənən cütlüyün gecənin sonunda mübahisə etdiyi deyilir.

İddialara görə, məkandakı gənc qızların Fıratla maraqlanması Handeni əsəbiləşdirib. O, sevgilisinə xəbərdarlıq etsə də, aktyorun buna məhəl qoymaması sonda dava ilə nəticələnib. Hande sevgilisinin başına stəkan atıb. Onları dostları çətinliklə ayırıb.

Hadisədən sonra H.Doğandemir məkanı ön qapıdan tərk edərkən M.Fırat arxa qapıdan çıxıb.

Lakin bu gün H.Doğandemir İnstaqramda hadisələri təkzib edərək dostları ilə yaxşı əyləndiyini bildirib. O, bu xəbəri yayanları məhkəməyə verəcəyini qeyd edib. Şahidlər isə artıq ikilinin ayrıldığını iddia edir.