Məşhur model yeni sevgilisi ilə istirahətdə - foto

Məşhur model yeni sevgilisi ilə istirahətdə - foto
1702 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı model Syuki Uoterhausun yeni sevgilisi meksikalı aktyor Dieqo Lunadır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 25 yaşlı model 37 yaşlı sevgilisi ilə Meksikada çimərlikdə istirahət edərkən görüntülənib. Cütlük ictimai yerdə qucaqlaşmaq və öpüşməkdən çəkinməyib.

Qeyd edək ki, Syuki ötən il iki il sevgili olduğu Hollivud aktyoru Bredli Kuperdən ayrılıb. Aktyorun modelə qarşı fikri ciddi olub. O, hətta, Uoterhausa evlilik təklifi də edib. Amma ailə qurmağa hazır olmayan Syuki ondan ayrılıb.

Hazırda Bredli İrina Şeyk ilə eşq yaşayır. Model bətnində aktyorun övladını daşıyır.