Üzərində 300 minlik sərvət daşıdı - fotolar

Üzərində 300 minlik sərvət daşıdı - fotolar
7673 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial media fenomeni Kerimcan Durmaz dostlarından birinin doğum günündə görüntülənib.

Axşan.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kerimcanın üzərində olan bahalı zinət əşyaları diqqətdən yayınmayıb.

Onun qoluna taxdığı saatın qiymətinin 11 min avro, qolbağının 2 min dollar, brilliant üzüyünün 30 min avro, daş üzüyünün isə 15 min dollar olduğu bəlli olub. Sosial media fenomenin üzərində ümumilikdə 300 min türk lirəsi (təxminən 143 min AZ) qiymətində qiymətli əşyaların olduğu bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Durmaz səhnəyə çıxarkən bir qrup insan tərəfindən hücuma məruz qalıb.