Hülyanın evini su basmış xalası: "Sən də bu evə gəlirsən..."

Hülyanın evini su basmış xalası: "Sən də bu evə gəlirsən..."
16594 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hülya Avşarın xalasının evini su basıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçının xalası Xədicə Kayserili bu hadisədə Hülyanı qınayanlara cavab verib.

"Avşara deyirlər ki, sən də bu evə gəlirsən, niyə xalanın evini təmir etdirmirsən, onlara kömək etmirsən. Hülyanı qınayırlar. Evimin su basmağının Hülya ilə heç bir əlaqəsi yoxdur. Bu işlərə bələdiyyə baxmalıdır. Mənim pula da ehtiyacım yoxdur. Sadəcə, bu, bizim ata evimizdir. 9 ildir eyni hadisə ilə üzləşirik. 9 ildir bizə dövlət qurumlarından kömək edən yoxdur".

Qeyd edək ki,bir müddət əvvəl müğənnini xalasının evinin su basmasına görə, sosial şəbəkədə qınaynlar olmuşdu. Onlar "Bu qədər pulun var, xalana kömək etsən, nə olacaq" kimi ifadələr işlətmişdilər.