Dünyanın ən gözəl şəhəri seçildi

Dünyanın ən gözəl şəhəri seçildi
2775 dəfə oxunub
  • A-
  • A
  • A+

“Trivago” saytı 2012-ci il üçün dünyanın ən gözəl şəhərlərinin adını açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər ay 18 milyon oxucunun səsverməsinə əsasən müəyyənləşən nəticələrə görə, dünyanın ən gözəl 100 şəhəri sırasında birinci yerə Almaniyanın Drezden, sonuncu yerə isə İngiltərənin London şəhəri layiq görülüb.

ABŞ Portland, Çikaqo, Seattle və Boston, Polşa Krakov, Macarıstan isə Budapeşt şəhəri ilə ilk onluqda yer alıb.

Avropa ilk onluqda sadəcə 3 şəhərlə təmsil olunub. 

Kanada Quebec  və Vankuver, Yaponiya isə Tokio ilə dünyanın ən gözəl şəhərləri sırasındadır.

İstambul 79,43 faiz səslə siyahıda Paris, London, Amsterdam, Brüssel kimi şəhərləri qabaqlayaraq Avropanın ən gözəl şəhərləri sırasında 15-ci, dünyada isə 36-cı olub.

Tərtib olunan siyahıda ən çox şəhərlə təmsil olunan ölkə ABŞ-dır.

Amerika siyahıda 17, İtaliya 9, İspaniya 7, İngiltərə və Fransa isə 4 şəhərlə yer alıb.