"Donald Trampın da xanımı ilə aralarında 40 yaş fərq var"

"Donald Trampın da xanımı ilə aralarında 40 yaş fərq var"
6897 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sərdar Ortaç Uludağda konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni konsert öncəsi açıqlama verib.

Ər-arvad arasındakı yaş fərqi barədə danışan pop ulduzu ABŞ prezidenti Donald Trampı misal göstərərək həyat yoldaşı Kloi Louqnandan 24 yaş böyük olmasını izah edib:

"Məncə yaş fərqi önəmli deyil. Sevginin yaşı olmaz. Atam anamdan 15 yaş böyük idi. Dünyada da buna misal göstəriləcək şəxslər var. ABŞ prezidenti Donald Trampı götürək. Onun da xanımı özündən yaşca çox kiçikdir. Aralarında 40 yaş fərq var. Mən Kloini sevib evlənmişəm. "Tramp baba" da sevib evlənib. Doğru bir şey olmadığını mən də bilirəm. Könül istərdi ki, yaş fərqi 3-5 olsun, amma sevginin gözü yoxdur".

ABŞ-da bir şirkətlə çalışan müğənni yaxında həyat yoldaşının yanına gedəcəyini və Türkiyəyə qayıtdıqdan sonra yeni bir albom üzərində çalışacağını bildirib.