Azərbaycan konsertinə görə məhkəməyə verildi - 8 milyon ödəməlidir

Azərbaycan konsertinə görə məhkəməyə verildi -  8 milyon ödəməlidir
3847 dəfə oxunub
  • A-
  • A
  • A+

“Warner Music Russia” şirkəti məşhur müğənni Byankanı məhkəməyə verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ifaçının şirkətin konsertlərlə bağlı imzaladığı müqavilənin şərtlərini pozmasıdır. Şirkət bunun qarşılığından Byankadan böyük məbləğdə təzminat tələb edir.

“Warner Music Russia”nın hüquqşünası bildirib ki, Byanka ilə şirkət arasında müqavilə 2012-ci ildə imzalanıb. Şərtlərdə Byankanın hər konsert üçün şirkətlə razılığa gəlməsi qeyd olunub. Amma müğənni icazəsiz 50-yə yaxın konsert verib. Bunların arasında onun Azərbaycan, Almaniya, Qazaxıstanda, Rusiyanın bir neçə şəhərindəki çıxışları da yer alır.

“Warner Music Russia” bunun qarşılığında Byankadan şirkətə 8 milyon rubl (təxminən 243 min manat) ödəməsini istəyir.