Ajda Pekkan zorla məhkəməyə gətirildi

Ajda Pekkan zorla məhkəməyə gətirildi
998 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ajda Pekkan keçmiş villası ilə bağlı ifadə vermək üçün məcburən məhkəməyə gətirilib.

Axşam.az-ın Türkiyə mətbuatına görə, keçirilən 4 məhkəməyə qatılmadığı üçün onun prosesə zor gücünə də olsa, gətirilməsi üçün qərar verilmişdi. Pekkan dünən vəkili ilə məhkəməyə gələrək ifadə verib. Prosesdə 30 dəqiqə iştirak edən Pekkan ittihamları rədd edərək "Tikilinin 2009-cu ildən öncəki sahibi olmuşam. Təmir üçün bir şirkətlə razılaşdım. Daha sonra da satdım. İddianamədəki ittihamlar mənə aid deyil. Onlar məndən sonra edilib. Bəraətimi tələb edirəm" deyib.

Qeyd edək ki, Ajda keçmiş sevgilisi Ahmet Mavitanın 1978-ci ildə hədiyyə etdiyi, Tarabyada yerləşən Boğaz mənzərəli əraziyə villa tikdirmişdi. Onun daha sonra satdığı tikili Mədəni və Təbiət irslərinin qoruma Qanununa zid işlər görüldüyü üçün məhkəməyə müraciət edilib. Məhkəmə əvvəl Ajdanın burada məsuliyyət daşımadığına qərar versə də, daha sonra edilən etiraza görə yenidən onu prosesə cəlıb edib.