Beyons 9 illik ərindən boşanır - gözlənilməz iddia

Beyons 9 illik ərindən boşanır - gözlənilməz iddia
2873 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Beyonsun həyat yoldaşı, repçi və prodüser Cey Zidən boşanacağı iddiaları yenidən gündəmə gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 9 illik evli olan cütlük Cey Zinin keçmiş münasibətlərindən birindən övladının olması dedi-qodularından sonra ayrı evlərdə yaşamağa başlayıblar.

Repçinin onun atası olduğunu iddia edən Raymir Sattersuayt adlı gənc Pensilvaniyada məhkəməyə müraciət edib. Bunu sübut etmək üçün DNT testi tələb edən gəncin istəyi isə rədd edilib.

Hazırda 47 yaşı olan Cey Zinin bu övladının 25 il əvvəl yetişkin yaşda olmayan Uanda adlı qızdan olduğu deyilir.

Beyonsa yaxın mənbələrn bildirir ki, ikili boşansa, müğənni ona xəyanət edən ərinə 1 milyard dollarlıq təzminat davası aça bilər.

Qeyd edək ki, cütlüyün Blu Ayvi adlı bir qızları var.