Firuz Səxavət efirə ailəsi ilə çıxdı - video

Firuz Səxavət efirə ailəsi ilə çıxdı -  video
7384 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Firuz Səxavət “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, xanəndə efirə qardaşı Əliyar Məmmədov, qızı Jalə və qardaşı oğlu Anarla birlikdə qatılıb.

İki qız övladı olduğunu deyən F.Səxavət “O biri qızım çox danışır. Bu isə danışan deyil, efirə zorla gətirmişəm, utanır” söyləyib.

Muğam ifaçısı ailəsində hamının oxumaq qabiliyyəti olduğunu bildirib:

“Biz Səxavət Məmmədovun ailəsiyik. Gözümüzü açıb sənətkar görmüşük. Bizim ailədə hamının musiqi istedadı var. Bu gün Səxavət kimi oxuyanlar çoxdur. Hamısı onun sənətinə olan hörmətdir".