"Onlara qulaq kəsmək necə olur, göstərəcəyəm " - Bülent Ersoy

"Onlara qulaq kəsmək necə olur, göstərəcəyəm " - Bülent Ersoy
3911 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bülent Ersoy jurnalist və heyvan haqlarının müdafiəçisi Ömür Gediyin iştirak etdiyi "Duymayan kalmasın" proqramına telefonla qatılıb

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni İspartada balaca itlərin qulaqlarını kəsib sosial şəbəkələrdə paylaşan gəncləri cəzalandıracağını bildirib.

"Edam ediləcəyimi bilsəm də, onları gördüyüm yerdə döyərəm. Həmin iki gəncə qulaq kəsmək necə olur, göstərəcəyəm. Onlar gələcəyin terroristləridir".

Gediyin qeyri-səmimi olduğunu deyən müğənni jurnalisti ayrıseçkilik etməklə günahlandırıb.

"Səmimi deyilsiniz. Məni yerdən yerə vurdunuz, kürk geyindiyim üçün tənqid etdiniz. Pekkan da keçən yaz qaz lələklərindən hazırlanan don geyinmişdi, amma ona bir şey demədiniz. Artıq, mən kürk geyinməkdən imtina etmişəm. Bu addımı insanlıq naminə atmışam", - deyə o, bildirib.