Nataşa Korolovaya ağır itki - foto

Nataşa Korolovaya ağır itki - foto
7466 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nataşa Korolovanın nənəsi rəhmətə gedib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçı sosial şəbəkədə yazıb. Nənəsi ilə birgə olan fotosunu hesabında yerləşdirən Nataşa nənəsinin Kiyevdə dünyasını dəyişdiyini, lakin onun dəfninə gedə bilmədiyini vurğulayıb.

Belə ki, ötən ilin martından müğənninin adı Ukrayna Təhlükəsizlik Xidmətində qara siyahıya salınıb və onun ölkəyə girişinə qadağa qoyulub.

“Mənim nənəm Sofiya ilə münasibətlərim çox yaxşı idi. Amma daha sonra mənim Ukraynaya gedişimə qadağa qoyulduğundan mən ona baş çəkə bilmədim. Nənəmdən uzun müddət bunun səbəbini gizlətsək də, o, bu barədə xəbər tutub və böyük stress keçirib. Bəlkə də belə bir hadisə olmasaydı, o, indi sağ olardı”, - deyə Korolova səhifəsində qeyd edib.

Daha sonra isə məlum olub ki, Təhlükəsizlik Xidməti rusiyalı sənətçinin Ukraynaya gəlməsi icazə verib.