Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
220 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.

Mərasim 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqili kompozisiya ilə davam edib.

Musiqili kompozisiyada bəstəkarlar Sərdar Fərəcovun nəfəsli orkestr üçün yazdığı “Vətən dara düşəndə” marşı, Elza Seyidcahanın “Şəhidlər” balladası, Azad Zahidin “Vətən sənin şəhidlərin”, “Bayraqtəpə qartalları” əsərləri, Rauf Əliyevin “Azadlığa gedən yollar” odası və Azər Dadaşovun “20 Yanvar” simfoniyası səsləndirilib.

Azərbaycan Dövlət Pantomima Teatrının bir qrup aktyoru Elza Seyidcahanın “Şəhidlər” balladası əsasında səhnədə çıxış ediblər.