Mustafa Sandal xanımının yanında pərt oldu - fotolar

Mustafa Sandal xanımının yanında pərt oldu - fotolar
7705 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mustafa Sandal xanımı Əmina Sandal ilə evliliklərinin ildönümünü qeyd edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük restorandan çıxan zaman paparazzilərin kameralarına tuş gəlib.

Mustafa jurnalistlərin "Neçənci ildönümünüzü qeyd edirsiniz" sualına cavab verə bilməyib. Həyat yoldaşının pərt olduğu görən Əmina suala özü cavab verib. O, "9 il oldu" deyib.

İfaçı isə sükutuna belə açıqlama gətirib:

"İlk tanışlıq tarixindən etibarən hesablamağa başladım. Mənim üçün ilk gün önəmlidir".