Arzu verilişdən niyə getdi?

Arzu verilişdən niyə getdi?
6560 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanəndə Arzu Əliyeva aparıcısı olduğu “Görüş yeri” verilişindən gedib.

Axşam.az-a açıqlama verən ifaçı bunun səbəblərindən danışıb:

“Verilişin formatında dəyişiklik edildi. Bundan sonra həftə içi beş gün efirə gedəcək. Mənim də beş gün verilişdə olmağa vaxtım yoxdur. Elə buna görə də aparıcı dəyişdi. Amma aparıcılıqdan uzaqlaşmamışam və kanalla yollarımı ayırmamışam. Yaxın günlərdə həmin kanalda yeni bir proqramla tamaşaçıların qarşısına çıxacam”.

Qeyd edək ki, AzTV-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalında efirə gedən “Görüş yeri”nin yeni aparıcısı Nurlana Cəfərovadır.