"Ərim mənə rəfiqəmlə xəyanət etdi"

"Ərim mənə rəfiqəmlə xəyanət etdi"
3104 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş futbolçu İbrahim Toramanın həyat yoldaşı Eylem Toraman onu xəyanətdə günahlandırıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
 
Hakim qarşısında Eylem ərinin onu Ayşə adlı rəfiqəsi ilə aldatdığını söyləyib.

"Ayşə mənim 7 illik çox yaxın dostum idi. İbrahim əvvəllər onunla görüşməyimi istəmirdi. Mən də buna görə, daha onunla görüşmədim. Sonra anladım ki, o, ərimlə mənə xəyanət edib. Bir dəfə maqazin proqramında onları birlikdə yemək yeyərkən gördüm. Ayşəyə İbrahimlə niyə yeməkdə idin deyə sual verdim. O isə cavabında "Sənə nə? İstədiyimlə gəzərəm, istədiyimlə yataram. Sən bunu ərindən soruş" dedi. Hazırda onlar birlikdədirlər".

Qeyd edək ki, Eylem daha öncə ərinin onu döydüyünü də iddia etmişdi.