"Həmin konsertin puluna maşın aldım" - Anar Nağılbaz

"Həmin konsertin puluna maşın aldım" -  Anar Nağılbaz
4257 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper Anar Nağılbaz uzun fasilədən sonra ilk dəfə “Həyat tərzi” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçı layihələr hazırladığını söyləyib.

O bildirib ki, yaradıcılıqla bağlı planları osla da, maddi imkansızlıqdan onları reallaşdırmaqda çətinlik çəkir: 

“Yaradıcılığa yadırqamışam, amma bütün təkliflərə tam açığam. Mənim sahəm televiziya rejissorluğudur. İndi bazar iqtisadiyyatı dövrüdür. O qədər veriliş layihələrim var ki... Sadəcə məndən sponsor istəməsinlər. Konsert verməyə də hazıram. Əminəm ki, tamaşaçılar gələr. Mən idman kompleksini hədəf alanda, hər şeyi düşünmüşdüm. O konsertdən pul da qazandım. Ondan sonra özümə maşın da aldım, bütün heyətə pul verdim”.