Gülyanaq Məmmədova dördüncü dəfə ana oldu

Gülyanaq Məmmədova dördüncü dəfə ana oldu
26039 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Gülyanaq Məmmədova 4-cü dəfə ana olub. 

Bu haqda Axşam.az-a ifaçının bacısı Gülyaz Məmmədova məlumat verib.
 
O, bildirib ki, G.Məmmədovanın oğlu dünyaya gəlib:

“Çox sevincliyəm, bacım 4-cü dəfə ana oldu. Elə Gülyanağın qayınanası neçə gün idi ki, bilet almışdı Türkiyəyə qayıtsın, amma nəvəsinin yolunu gözləyirdi ki, olsun, daha sonra getsin. Uşağın adı çoxdan müəyyənləşib. Uğur olacaq”.

Qeyd edək ki, G.Məmmədovanın daha 3 övladı var.