Aylar sonra efirə çıxan Şahin Zəkizadənin ailəsi ağladı - video

Aylar sonra efirə çıxan Şahin Zəkizadənin ailəsi ağladı - video
32084 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan xərçəng xəstəsi, rejissor Şahin Zəkizadə aylar sonra efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, Şahinin xanımı Səbinə Zəkizədə bunları söyləyib:

"Həkimlər müalicə edəndən sonra dedilər ki, xərçəngdir. Dünyam başıma yıxıldı. Çox qorxurdum. Şükür ki, hər şey yaxşı oldu. Buradan xalqımıza, Heydər Əliyev fonduna, birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Şahin bilir ki, onu çox sevirəm. Allah onu üstümüzdən əksik etməsin".

Şahin Zəkizadə isə xəstəliyi haqqında söz açıb:

"Fatimə bu il 1-ci sinifə getdi. Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında ola bilmədim. Şükürlər olsun ki, indi övladlarımın yanındayam. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Tanımadığım o qədər insan mənə dəstək oldu ki... Mesajların çoxunu heç oxuya bilmirdim. Heydər Əliyev Fonduna və Mehriban Əliyevaya minnətdaram. Sizin də bütün kollektivinizə təşəkkür edirəm. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər".