Kamran Həsənli və Samir Piriyev qalmaqalı davam edir

Kamran Həsənli və Samir Piriyev qalmaqalı davam edir
2011 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasında olan məhkəmə işi növbəti mərhələsinə qədəm qoyub.

Axşam.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən S.Piriyevin vəkili Ceyhun Yusifov bildirib ki, hazırda Türkiyə Respublikasında Kamran Həsənlinin istintaqa verdiyi ifadənin həqiqiliyi yoxlanılır:

“Bu işlə bağlı yaxın günlərdə bəzi məsələlər mətbuata açıqlanacaq. Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən Türkiyə Prokurorluğuna Beynəlxalq tapşırıq verilib. Yaxın günlərdə cavab bilinəcək. Onda görəcəksiniz ki, Kamran və bacısı Gülər Həsənovun fəaliyyətində dələduzluq əməli qaçılmaz olacaq. Kamran Həsənlini məsuliyyət gözləyir. Həmin tapşırıqda Kamran və bacısının konkret olaraq Türkiyədə hər hansı bir mülkiyyətə sahib olub-olmamağının, Samir Piriyevlə göstərdiyi halların da düzgünlüyü yoxlanılır”.

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.