Müğənninin keçmiş meneceri oğurluq etdi - 7 milyon dollar

Müğənninin keçmiş meneceri oğurluq etdi - 7 milyon dollar
3236 dəfə oxunub
  • A-
  • A
  • A+

2000-ci illərdə "Ironic", "You Learn", "You Oughta Know" kimi mahnıları ilə tanınan Alanis Morisettenin keçmiş meneceri Conatan Şvats dələduzluqda ittiham edilir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə amerikalı prokuror bildirib. Onun 7 milyon dollardan çox oğurluq etdiyi vurğulanır. 

C.Şvarts Los-Anceles məhkəməsində günahını boynuna alıb. O, Morisettdən 4 milyon 800 min dollar, digər müğənnilərdən isə 2 milyon dollar oğurladığını ifadə edib.

Müğənni isə keçmiş menecerini məhkəməyə verərək, ondan 15 milyon dollar təzminat tələb edir.

Qeyd edək ki, Conatan 2009-2016-cı illər ərzində müğənninin maliyyə işlərinə baxıb.

İndi onu 4 ildən 6 ilədək həbs cazası gözləyir.