"O səs Türkiyə"də azərbaycanlı dueli - Murad Bozdan qardaşlıq çağırışı

"O səs Türkiyə"də azərbaycanlı dueli - Murad Bozdan qardaşlıq çağırışı
34019 dəfə oxunub
  • A-
  • A
  • A+
"O səs Türkiyə"də iki azərbaycanlı üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə, Sibel Canın komandasında olan Pərvaz İbrahimli və Mehman Tağıyev qrupdan çıxaraq səhnədə oxumaq imkanı qazanıblar.

M.Tağıyev  musiqisi Cahangir Cahangirovun, sözləri Zeynal Cabbarzadəyə aid olan "Ay qız" mahnısını, P.İbrahimli isə Ququşun ifasında məşhurlaşan "Ayrılığ"ı səsləndirib. Pərvaz mahnıya "Bayatı-Şiraz"la giriş edib.

Münsif kürsüsündə oturan Murad Boz "Azərbaycan hər zaman yanımızda olan ölkələrdən biridir. Azərbaycan bizim üçün önəmli ölkədir. Bu zamanda bir-birimizə dəstək olmaq vacibdir. Bir millət. iki dövlət" deyib.

Sibel Can sonda Mehmanı seçərək onunla növbəti mərhələyə keçib.