Şəhidlər Belçikada yad edildi

Şəhidlər Belçikada yad edildi
313 dəfə oxunub
  • A-
  • A
  • A+

Belçikanın Vaterlo şəhərində, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsinin önündə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
 
Axşam.az-ın məlumatına görə, mərasimdə Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrinin iştirak ediblər.

Səfir Fuad İsgəndərov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib. O, sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib. Bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirən səfir doğma Vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, xalqımızın yaddaşına müstəqillik rəmzi kimi həkk olunmuş 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağına əminlik ifadə edib.

Sonda tədbir iştirakçıları tərəfindən abidənin önünə əklil qoyulub.