İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib - video

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib -  video
1201 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin xatirəsini yad etməyə gəliblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.