Yasemin Allen Türkiyəni tərk edir

Yasemin Allen Türkiyəni tərk edir
4504 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Yasemin Allen Los-Ancelesdə yaşayacağını açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 27 yaşlı aktrisa ABŞ-da sənəti ilə bağlı kurs keçmək istədiyini bildirib.

"Bir müddət Los-Ancelesdə yaşayacağam. Sənətimlə bağlı kurs keçmək fikrindəyəm. Nə vaxt qayıdacağımı deyə bilmərəm. Seriallar məni biraz yorub, ona görə uzaqlaşıram".

Qeyd edək ki, aktrisa son olaraq Murad Boz və İrem Sakla birgə "Dönerse Senindir" filminə çəkilib.