"30 ildir bezmədən..." - Aygün Kazımova

"30 ildir bezmədən..." -  Aygün Kazımova
6320 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova bəstəkar Cavanşir Quliyevlə yenidən bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni yenidən onunla mahnı üzərində çalışdığını deyib.

Studiyadan videosunu paylaşan A.Kazımova bunları qeyd edib:

"Canım Cavanşir müəllimlə stuiyada yeni mahnı üzərində çalışan zaman. Düz 30 ildir yorulmadan, bezmədən, usanmadan öyrədir, dərs keçir. Mən də elə öyrənirəm, dinləyirəm, çalışıram. Hələ nə qədər də öyrənəcəklərim, biləcəklərim var. Düz 30 ildir bu dərslər davam edir, hələ nə qədər də bilmədiklərim var. Çünki Cavanşir Quliyev məktəbi tükənməzdir, sonsuzdur. Yeni bəstəmiz "Şairim" adlanır. Musiqisi Cavanşir Quliyevin, sözləri Mir Yusif Mirsalehoğluna aiddir".