Hadisə xoşladığı kişi tipini açıqladı

Hadisə xoşladığı kişi tipini açıqladı
7320 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hadisə Kayseridə sevənləri ilə görüşüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu il yeni mahnıları və kliplərini təqdim edəcəyini söyləyib. "Yaya doğru yaxşı sürprizlərim var" deyən Hadisə münsif kürsüsündə oturduğu "O səs Türkiyə" haqda da danışıb:

"İnşallah, bu il birinci olacağıq. Olmazsaq da, eybi yoxdur. Dünyanın sonu deyil. Amma alınsa, mən ən xoşbəxt adam ola bilərəm. Yeni il buraxılışındda birinci oldum. Bilmirəm yazıqları gəldikləri üçün məni seçdilər, ya yox, amma gözəl idi".

Jurnalistlər "Qalibi Dubaya apararsınız yəqin" sözlərinə "Qalibimlə nələr edərəm, nələr" deyib.

Müğənni yaxın dostu Murad Boz kimi film sahəsinə addım atmağa hazırlaşdığını deyib. Yeni layihələr üçün görüşən Hadisə "Polis rolları çox xoşuma gəlir" deyə, bildirib.

30 yaşlı sənətçi "Bir kişidə axtardığınız xüsusiyyət nədir" sualına belə cavab verib:

"Statusu, adı əsas deyil. Adam kimi adam olsun. Duruşu, danışığı, insanlarla münasibəti mənim üçün çox önəmlidir".