Cinsi azlıqlar Bülent Ersoya qarşı: "İt qədər dəyərimiz yoxdur?"

Cinsi azlıqlar Bülent Ersoya qarşı: "İt qədər dəyərimiz yoxdur?"
10583 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bülent Ersoyun itə işgəncə verən gənclərə verdiyi cavab Türkiyənin "AK LGBT" təşkilatı tərəfindən birmənalı qarşılanmayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən  məlumatına görə, cinsi azlıq təşkilatı olan "AK LGBT"nin rəhbəri Emir Egesoy müğənnini tənqid atəşinə tutub.

"Bülent xanım, kaş itə verdiyi dəyəri, bizə də verəydi. Cəmiyyətin qəbul etmədiyi, hər zaman mənfi gözlə baxdığı cinsi azlıqların it qədər dəyəri yoxdurmu? Hər LGBT-li onun qədər şanslı deyil".

Trans gözəllik yarışmasının qalibi Çağla Akalın isə belə deyib:

"Təbii ki, heyvanlara şiddət göstərilməsinə qarşıyıq, amma trans qadın yandırılaraq öldürüləndə Bülent xanım səsini çıxarmadı. Deməli, bir trans qadının it qədər dəyəri yoxdu".