"İçerde" sərt tənqid edildi: "Bir az yaradıcı olun"

"İçerde" sərt tənqid edildi: "Bir az yaradıcı olun"
28840 dəfə oxunub
  • A-
  • A
  • A+

"Günaydın" qəzetinin yazarı Yüksel Aytuğ "İçerde" serialını sərt tənqid edib.

Axşam.az-ın məlumatına görə, o, serialın daxilindəki reklamların çox qabardıldığını bildirib:

"Serialın içində reklamın ən kobud nümunəsi "İçerde"dir. Bu qədər gözə soxmaq nəyə lazımdır? Deməli, komissar qız müdirinə deyir ki, "Müdirim, yeni avtomobiliniz gəlib, hazırdır". Müdir də feyziyab olaraq "Əzbər pozan?" cavabını verir. Məlumdur ki, "əzbər pozan" son zamanlar bir avtomobil markasının reklam sloqanıdır.

Bir qədər sonra qız və müdir avtomobilinin yanına gəlir və qız "Avtomobiliniz də çox gözəlmiş" deyir. Həmin an maşının yandan, arxadan, qabaqdan görüntüləri göstərilir və həmçinin markanın reklamı da ekranın aşağısında gedir.

Deyirəm ki, reklamı yerləşdirərkən bir az da incə və yaradıcı ola bilməzsiniz?"