"Recep İvedik 5" filminə daha bir zərbə

"Recep İvedik 5" filminə daha bir zərbə
20648 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Gənclər və İdman Nazirliyi "Recep İvedik 5" filminin boks səhnəsi üçün icazəsiz çəkiliş aparıldığını bildirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, nazirlik bununla bağlı hərəkətə keçib.

Şəhər şöbələrinə bununla bağlı tapşırıq verən nazirlik çəkilişlərin hansı məkanda aparıldığını araşdırmaq üçün idman komplekslərinin eyni rakursdan olan fotoşəkillərinin çəkilib göndərilməsini tələb edib.

Xatırladaq ki, bir müddət öncə çoxsaylı şikayətlərdən sonra azərbaycanlı boksçunun yumruq yediyi səhnə filmdən çıxarılıb. Bundan sonra isə Türkiyə Güləş Federasiyası da filmdə güləşin ələ salındığını bildirərək tənqid edib.

Qeyd edək ki, filmin treyleri qısa müddət ərzində 15 milyondan çox izlənərək rekord qırıb.