Keytin qızıl heykəli hərraca çıxarılacaq

Keytin qızıl heykəli hərraca çıxarılacaq
2300 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 16-da "Erotika: ehtiras və istək" adlı hərrac keçiriləcək.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hərracda incəsənət əsərləri nümayiş olunacaq. Hərraca çıxarılacaq əşyalara görə auksion indidən böyük marağa səbəb olub. Burada heykəllərlə yanaşı, şəkillər, XIX və XXI əsrə aid mebellər, Pablo Pikassonun əsərləri və başqa əşyalar yer alacaq. 

Gecənin iştirakçılarını ən çox dünyaca məşhur xanım Keyt Mossun qızıldan hazırlanan heykəli maraqlandırır. Rəssam Mark Kuinna tərəfindən hazırlanan heykəl "Maquette of Siren" adlanır. Qeyri-adi yoqa hərəkətinin nümayiş olunduğu heykəlin baha qiymətə satılacağı ehtimal edilir. Mütəxəssislər bildirib ki, heykəl ən az 85 min dollara satılacaq.