Acun İlıcalının reytinq silahı bu gün başlayır - "Survivor 2017"

Acun İlıcalının reytinq silahı bu gün başlayır - "Survivor 2017"
6875 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün TV8-də "Survivor 2017" başlayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Acun İlıcalının reytinqlərə liderlik etmək üçün əsas silahı olan yarışma proqramının bu il də izlənmə rekordları qıracağı gözlənilir.

Ötən mövsümlərdə bütün serialları qabaqlayan proqramın bu il daha ciddi - "İçerde", "Vatanım sensin", "Cesur ve Güzel", "Anne" kimi rəqibləri var.

Artıq ilk hissənin anonsları da yayılıb.

Bu il "Məşhurlar" komandasında Serhat Akın, Berna Öztürk, Furkan Kızılay, Pınar Saka, Tarık Mengüç, Sabriye Şengül, Şahika Ercümen, Adem Kılıççı, Seda Demir, Çılgın Sedat, Sema Apak, İlhan Mansız yarışacaq.

"Könüllüler"də isə Gökhan Gözükan, Fulya Şahin, Ogeday Girişken, Denisa, Elif Şadoğlu, Eser West, Burçak Tuncer, Tuğçe Melis Demir və Volkan Çetinkaya yer alıb.