Bahanın Nazı vurduğu anın görüntüləri yayıldı - video

Bahanın Nazı vurduğu anın görüntüləri yayıldı - video
49590 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” verilişinə qatılan azərbaycanlı gəlin namizəd Naz Mila və onun eks sevgilisi Bahanın yeni görüntüləri yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yayılan kadrlarda Baha Nazın üstünə qışqırır, onu vurur və söyür. Ətrafdakı insanların müdaxiləsi olmasa, o, hətta, Nazı döyməyi belə gözə olardı.

Daha sonra yayılmış video ilə bağlı açıqlama verən türkiyəli gənc görüntülərin çoxdan çəkildiyini və bunun veriliş üçün etdiklərini bildirib:
 
"Yayılan görüntülərin yeni hadisə ilə heç bir əlaqəsi yoxdur. Mən Nazı heç vaxt döyməmişəm. Həmin görüntülər də proqramın istəyi ilə çəkilib. Bizə demişdilər ki, mübahisəli səhnə oynayaq. Əgər Nazı döysəydim, bu vaxta qədər məni niyə verilişdə saxlayırdılar?".

Bu yaxınlarda isə Naza azərbaycanlı oğlan Əli Əkbər elçi düşüb. Əli ilə Mila görüşə başladığı üçün Baha bu münasibətə aqresiv reaksiya göstərib. Bir müddət əvvəl isə verilişdən çıxıb avtomobilinə minməyə çalışan Naza Baha mane olub və onu döyüb.

Baha onu sakitləşdirməyə çalışan cangüdənlərə də hücum edib. Verilişdə namizəd olan və Bahaya köməyə gələn iştirakçılarla cangüdənlər arasında dava qalxıb. Hər iki tərəf bir-birindən polisə şikayət edib.