Tanınmış müğənni kənddə inək saxlayır - fotolar

Tanınmış müğənni kənddə inək saxlayır - fotolar
16016 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış türkiyəli müğənni Kıraç ailəsi ilə birgə 5 ildir kənddə yaşayır.
 
Axşam.az-ın "Habertürk"ə istinadən məlumatına görə, daha çox filmlər üçün bəstələyib oxuduğu mahnılarla məşhurlaşan Kıraç Beykozun Ali Bahadır kəndində yaşayır. 

İlk dəfə evinin qapılarını mediaya açan Kıraçın həmin kənddə təsərrüfatı var və torpaqda yaşayış yerinin tikintisi ilə bağlı icazəsi olmadığından o, burada villa tikdirə bilməyib. Əvəzində isə Kıraç mənzil tipli avtomobil qoşqusunu buraya gətirib və qoşquda məskunlaşıb.

Müğənni bildirib ki, təsərrüfatda elektrik enerjisində istifadə edilmir və ev quşlarının yumurtaları, həmçinin inəklərinin südü ilə qidalanır. O, istifadə etdiyi suyu da təsərrüfatdakı kəhrizdən əldə edir.

Kıraç hazırda 17 inək, 18 toyuq, 8 ördək və 5 hind toyuğu bəslədiyini bildirib.