"İçerde" və "Anne" seriallarına zərbə

"İçerde" və "Anne" seriallarına zərbə
11501 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Televiziya və Radio Şurası (RTÜK) cəzalandırılan serialların adlarını açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şura "İçerde", "Anne", "Arka Sokaklar", "Kırqın Çiçekler" və "Kalbimdeki Deniz" seriallarına pul cəzası tətbiq edib.

"İçerde" serialı vulqar ifadələr işlədildiyinə, işgəncə və şiddət səhnələrinə görə 380 min lirə (təxminən 190 min manat) məbləğində cəzalandırılıb.

Qurum "Anne" serialında şiddət səhnələrinin "Mələk" obrazını canlandıran uşaq aktrisa Beren Gökyıldızın real həyatına da mənfi təsir edə biləcəyini söyləyərək, seriala 270 min lirə (təxminən 135 min manat) məbləğində cəza tətbiq edib.

"Arka Sokaklar" təcavüz səhnəsinə görə cazalandırılıb. Məbləğ 435 min lirə (təxminən 217 min manat) olub.

"Kırqın Çiçekler" uşaq istismarı səhnələrinin nümayişinə görə 510 min lirə (təxminən 255 min manat) məbləğində cəza alıb.

"Kalbimdeki Deniz" isə uşaq və gənclərin psixologiyasına mənfi təsir etdiyi iddiası ilə 315 min lirə (təxminən 153 min manat) məbləğində cəzalandırılıb.