"İstəmirəm gözümün önündə əriyib getsin" - Şahinin xanımı

"İstəmirəm gözümün önündə əriyib getsin" -  Şahinin xanımı
3075 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şahindən ilik analizləri götürülmüşdü, artıq cavablar gəlib. Nəticə heç də ürəkaçan olmadı”.

Axşam.az-ın məlumatına görə, bu sözləri qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin xanımı Səbinə Zəkizadə deyib.

O bildirib ki, xəstəlik həyat yoldaşının iliyinə keçib:

“Xəstəlik işıq surəti ilə irəliləyir. Həkim deyir ki, mütləq əməliyyat olunmalıdır, yeni ilik köçürülməlidir. Şahin üçün dua edin. İstəmirəm gözümün önündə əriyib, əllərim arasında getsin. Allahın möcüzələrinə inanıram, səsimizi eşidəcək, yardım edəcək”.

Qeyd edək ki, müalicəsinin ikinci kursunu başa vuran Ş.Zəkizadə bir müddət ara verdikdən sonra yenidənb xəstəxanaya yerləşdirilmişdi. Ona yenidən kimyaterapiya edilməyə başlanmışdı.