Aktrisa biznesmenin oğlu ilə sevgilidir - fotolar

Aktrisa biznesmenin oğlu ilə sevgilidir - fotolar
5888 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Öykü Çelik "Beşiktaş" futbol klubunun keçmiş rəhbəri, biznesmen Serdal Adalının oğlu Serhan Adalı ilə münasibətdədir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir aydır birlikdə olduqları deyilən sevgililər Nişantaşında görüntülənib.

Əyləndikləri məkandan əl-ələ çıxan cütlük kameraları görən kimi sürətlə avtomobillərinə tərəf qaçıblar.

Qeyd edək ki, 2015-ci ildə Ahmet Çakandan ayrılan aktrisa bir müddət əvvəl isə aktyor Burak Çelik ilə sevgili olmuşdu.