Niyam Səidəyə evlilik təklifi edib - video

Niyam Səidəyə evlilik təklifi edib -  video
28152 dəfə oxunub
  • A-
  • A
  • A+

“ARB Ulduz”da yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı müğənni Niyam Salami olub.

Axşam.az xəbər verir ki, ifaçı həmkarı və duet ortağı Səidə Sultana evlilik təklifi etdiyini söyləyib:

"Sözün açığını deyim ki, mən ona evlilik təklifi etmişdim. Ona da şərəf oldu. Dedi ki, “Niyam, mənim üçün də bu təklif şərəfdir. Sən mənim qaqaşımsan. Sənə görə ölümə belə gedərəm”. Gördüm rəng alıb rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram. Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacam".

N.Salami yaradıcılıq yeniliklərindən də söz açıb. O bildirib ki, repertuarında dəyişiklik edib:

“Toy və səhnə repertuarımı dəyişdim. Hətta ritmimi belə dəyişmişəm. İstədim ki, yenilik edirəmsə, bütün sahələrdə edim. Əvvəl mahnılarımı Türkiyəyə göndərirdim. Aranjiman zamanı bəzi yerləri dəyişirdilər. Nailə Mirməmmədlinin musiqisi və türk çalğısı, ümumiyyətlə, bu uyğun gəlmir. Ona görə də, aləm dəyirdi bir-birinə. Bu cür məqamları birdəfəlik ləğv etdim".

Popuri tipində tamam fərqli bir şey yaradıram. Bunu toy yox, ancaq efir üçün edirəm. 40 il əvvəl oxunan mahnını yenidən səsləndirəcəm. Bunu Brilliant Dadaşova oxuyub. Adını açıqlamayım, yaxın günlərdə təqdim edəcəm".