Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi
3892 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar Faiq Qasımov dünyasını dəyişib.

Axşam.az "ARB Kəpəz"ə istinadən xəbər verir ki, aktyorun 68 yaşı var idi.

Qeyd edək ki, F.Qasımov 25 avqust 1948-ci ildə dünyaya gəlib. O, Cəfər Cabbarlının “Almaz” və “Aydın”, Altay Məmmədovun  “Kişilər” və “Ulduzlar görüşəndə”, Sabit Rəhmanın (“Nişanlı qız”, “Xoşbəxtlər” və “Küləklər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Vilyam Şekspirin kimi “Otello” və “III Riçard” kimi tamaşalarda rol alıb. 

Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı adına layiq görülüb.

Mərhumla vida mərasimi sabah saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq. O, Gəncədəki Fəxri xiyabanda dəfn ediləcək.