Naina Rühəngizi ələ saldı

Naina Rühəngizi ələ saldı
12751 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artistlər Rühəngiz Allahverdiyeva ilə Naina İbrahimova arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, müğənninin “Şou-biznesdə ilk dəfə “barbi” obrazını mən yaratmışam” sözlərinə aktrisa etiraz edib.

N.İbrahimova ifaçını bu sözlərinə görə ələ salıb:

“O qadın deyir ki, “barbi” oyuncağına bənzəyir? Nəyi ilə oxşayır? İlk dəfə “barbi” obrazını mən yaratmışam. 2007-ci ildə bu obrazda fotolar çəkdirmişəm. Sonra yenidən bu obraza dəvət almışam.  Ola bilər özünü “barbi” obrazında görmək istəyir. Nə etmək olar... (gülür) Azərbaycanda bir çox obrazların ilkini mən yaratmışam. Merlin Monro, Maykl Cekson buna misal ola bilər".