"Bir klipə on min ödəyirik" - İzzət

"Bir klipə on min ödəyirik" -  İzzət
544 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırzadə həmkarı Nadir Qafarzadəyə haqq qazandırıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, şou-biznesdə durğunluq yaranıb.

O, N.Qafarzadənin “Şou-biznes tükənib” sözlərinin həqiqət olduğunu söyləyib:

“Nadirin bu sözündə həqiqət var. Heç nə yoxdur, batır. 10 il əvvəl konsertlər verirdilər, kliplər çəkdirirdilər, gündə bir layihə edirdilər. İndi ildə bir klip çəkdirirlər, vəssalam. Bunlar maddi vəziyyətin təsirindəndir. Əvvəl konsertə 5 min xərcin gedirdisə, indi bahalaşıb. Əvvəl klipi min manata çəkirdik, indi 10 min ödəyirik ki, yaxşı nəsə alınsın. 10 il qabaq mahnını ucuz alırdıq, indi ən az 3-4 minə başa gəlir".