Hamlet Xanızadənin xatirəsi anılacaq

Hamlet Xanızadənin xatirəsi anılacaq
334 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Axşam.az xəbər verir ki, yubiley gecəsində iştirak edənlər əvvəlcə unudulmaz sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olacaqlar.

Tədbirdə H.Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər təqdim ediləcək, aktyorun yaradıcılığından söz açılacaq, onun Azərbaycan kino mədəniyyəti tarixindəki xidmətləri vurğulanacaq.

Gecədə yaratdığı obrazlara öz möhürünü vurmuş mərhum sənətkarın oynadığı tamaşalardan səhnələr də nümayiş olunacaq.

Qeyd edək ki, H.Xanızadə Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanmış tamaşalarda müxtəlif obrazları böyük yaradıb.

H.Xanızadə “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qətl günü”, “Yaramaz” filmlərində oynayıb.