Daha bir nüfuzlu mükafat o filmi seçdi - "Oskar"a doğru

Daha bir nüfuzlu mükafat o filmi seçdi - "Oskar"a doğru
895 dəfə oxunub
  • A-
  • A
  • A+

"London Film Critics' Circle" ("London kinotənqidçilər dərnəyi") ilin ən yaxşılarını seçib.

"Oskar" mükafatına az qalmış bir dövrdə "La La Land" yenə də əsas nominasiyada qalib olub. Rayan Qoslinq və Emma Stounun baş rollarda olduğu müzikl "Qızıl qlobus"da əsas mükafatları götürmüşdü.

Axşam.az xarici KİV-ə istinadən həmin siyahını təqdim edir:

İlin ən yaxşı filmi - "La La Land"
Xarici dildə ən yaxşı film - "Toni Erdmann"
İlin ən yaxşı sənədli filmi - "Fire at Sea"
İlin ən yaxşı Britaniya/İrlandiya filmi - "I, Daniel Blake"
İlin ən yaxşı aktyoru - Keysi Afflek "Manchester By The Sea"
İlin ən yaxşı aktrisası - İzabel Yupper "Things to Come"
İlin ən yaxşı köməkçi aktyoru - Ali Maherşala "Moonlight", Tom Bennet "Love & Friendship"
İlin ən yaxşı köməkçi aktrisası - Naomi Harris "Moonlight"
İlin ən yaxşı rejissoru - Laslo Nemeş "Son Of Saul"
İlin ən yaxşı ssenari müəllifi - Kennez Lanerqan "Manchester By The Sea"
İlin ən yaxşı Britaniya/İrlandiya aktyoru - Endrü Qarfild "Hacksaw Ridge, Silence"
İlin ən yaxşı gənc Britaniya/İrlandiya aktyoru - Levis MakDuqal "A Monster Calls"
İlin ən yaxşı debüt edən film istehsalçısı - Babək Anvari "Under The Shadow"
İlin ən yaxşı Britaniya/İrlandiya qısa filmi - "Sweet Maddie Stone" (Bredi Hud)
İlin ən yaxşı texniki işi - "Victoria" (kinematoqraf Starl Brendz Qrovlen)
Kinematoqrafiya xidmətinə görə xüsusi mükafat - İzabel Yupper

Tədimetmə mrasimində məşhurlar iştirak edib.