Əməkdar artistlə vida mərasimi keçirilib - fotolar

Əməkdar artistlə vida mərasimi keçirilib - fotolar
3001 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Təvəkkül Əliyevlə vida mərasimi keçirilib.

Axşam.az-ın Report-a istinadən məlumatına görə, vida mərasimi sənətkarın 44 il səhnəsində özünəməxsus obrazlar yaratdığı Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş tutub.

Mərasimdə Lənkəran Şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, teatr kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.lər

Vida mərasimində Azərbaycanın xalq artisti Qabil Quliyev çıxış edərək mərhum sənətkarın həyat və yaradıcılıq yoluna qısa nəzər salıb.

Digər çıxış edənlər də Təvəkkül Əliyevin Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu söyləyiblər. Onun teatr səhnəsində yaratdığı rollarla yanaşı milli kino səlnaməsində də öz yeri olduğunu qeyd edilib. Çıxışçılar mərhumun yaxınlarına, xüsusən də bu illər ərzində shnədə çiyin-çiyinə çalışdığı həyat yoldaşı xalq artisti Böyükxanım Əliyevaya başsağlığı veriblər. Mərhumun cənazəsi Bakı şəhərində dəfn olunmaq üçün yola salınıb.

Xatırladaq ki, əməkdar  artist Təvəkkül Əliyev bu gün səhər saatlarında, 65 yaşında ürəktutmadan vəfat edib.