“İstəmirəm məni atama görə tanısınlar” - Stalloninin qızı

“İstəmirəm məni atama görə tanısınlar” - Stalloninin qızı
3751 dəfə oxunub
  • A-
  • A
  • A+
“İstəmirəm kimsə məni atama görə tanısın”.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu aktyor Silvestr Stalloninin 18 yaşlı qızı Sistin deyib. O bildirib ki, həyatda öz modellik karyerasına görə uğur qazanmaq istəyir, atasının adına görə yox.

“Mən uşaqlıqdan anamın fotoları ilə böyümüşəm. Anam da model olub. Məni başa salıb ki, bu sahə çox çətindir, çünki modellərin hamısı gözəl olur. Amma mən də öz gözəlliyim ilə tanınmaq istəyirəm. İstəmirəm kimsə məni Silvestrın qızı kimi tanısın”, - deyə 18 yaşlı qız vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Sistin “LOVE” jurnalı üçün kameralara qarşısına keçib. O, qara rəngli alt paltarında "Cherry Bomb" qrupunun ifa etdiyi " The Runaways" mahnısının sədaları altında rəqs edib.