Bekhemdan alicənab hərəkət

Bekhemdan alicənab hərəkət
1183 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Devid Bekham alqışalayiq hərəkət edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, yoldan küçən yaşlı qadına köməklik göstərib.

Belə ki, Devid avtomobili ilə yol gedib. Bu zaman piyada keçidindən keçmək istəyən bir qadın yıxılıb. Bunu görən futbolçu dərhal avtomobili kənarda saxlayıb və yaşlı qadının yanına gedib. O, qadının halının yaxşı olmadığını görüb və təcili yardıma zəng vurub.

Bekham təcili yardım maşını gələnə qədər qadınla birlikdə gözləyib. Sonra tibb işçilərinə həmin qadını maşına mindirməyə kömək edən Devid onlardan onu sağaltmaqlarını xahiş edib.