Demetdən Gülşənlə bağlı açıqlama: "İmkan verin..."

Demetdən Gülşənlə bağlı açıqlama: "İmkan verin..."
4067 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Demet Akalın yaxın rəfiqəsi, ifaçı Gülşən barədə açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Gülşənin oğlu üçün yüksək məbləğdə dayə tutması xəbərinin yalan olduğunu bildirib.

"Gülşən oğluna özü baxır. Nə dayəsi, nə də köməkçisi yoxdur. O, oğlunun qayğısına qalmaqdan zövq alır. İmkan verin, ana bala rahat yaşasınlar. Belə yalan xəbərlər yazıb, keyflərini pozmayın", - deyə Demek sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Gülşənin oğlu Azur Benaya 2 xarici dayə tutduğu və o dayələrə aylıq toplam 15 min lirə (təxminən 7500 manat) verməsi haqqında məlumat yayılıb.